Azərbaycan MDB azad ticarət zonası ilə bağlı müqaviləni imzalamaqdan imtina etdi
19 Oktyabr 2011 Çərşənbə 01:07
Müqaviləyə yalnız Rusiya, Ukrayna, Ermənistan, Qırğızıstan, Moldova və Tacikistan qoşulub.
MDB ölkələri hökumət başçıları Şurasının iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalanıb. Rusiyanın baş naziri Vladimir Putin bildirib ki, söhbət MDB çərçivəsində ticari-iqtisadi münasibətlərin yeni bünövrəsinin qoyulmasından gedir. Onun sözlərinə görə, 1994-cü ildə MDB ölkələri azad ticarət zonasının yaradılması ilə bağlı müqavilə imzalasalar da, sənəd əksər ölkələr, o cümlədən, Rusiya tərəfindən ratifikasiya edilməyib. Bu səbəbdən də müqavilə işləməyib. Yeni sənəd üzərində iş təxminən on il ərzində davam edib.

Müqavilə ölkələr arasında ticari-iqtisadi əlaqələrin hüquq əsaslarının sadələşdirilməsini nəzərdə tutur. O, bu gün azad ticarət rejimini tənzimləyən bir sıra çoxtərəfli və təxminən 100 ikitərəfli sənədləri əvəz etməlidir.

Müqaviləyə Rusiya, Ukrayna, Ermənistan, Qırğızıstan, Moldova və Tacikistan qoşulub. Azərbaycan, Özbəkistan və Türkmənistan isə müqaviləni imzalamayıblar. Vladimir Putinin sözlərinə görə, bu üç ölkə müqaviləyə ilin sonunadək qoşulmağın mümkünlüyü məsələsini araşdırmağa üstünlük veriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar