Azərbaycan martın 7-dən Rusiyaya qaz ixracını dayandırıb
13 Mart 2012 Çərşənbə Axşamı 13:42
Səbəb magistral qaz kəmərində təmir işlərinin aparılmasıdır.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyaya qaz təchizini dayandırıb. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev ANS PRESS-ə bildirib ki, buna səbəb magistral qaz kəmərində təmir işlərinin aparılmasıdır.

Qaz təchizatı martın 7-dən dayandırılıb. Təmir işləri qaz kəmərinin Rusiya ilə sərhəd hissəsində aparılır. Bu səbəbdən də bu, Azərbaycanın şimal rayonlarının qaz təchizatında problem yaratmayıb. ARDNŞ təmir işlərindən sonra qaz təchizatını bərpa edəcək. Amma dəqiq tarix açıqlanmayıb.

Rusiya 2010-cu ildən Azərbaycan qazını alır. 2012-ci ildə qaz təchizatının 3 milyard kubmetrə çatdırılması planlaşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar