Azərbaycan Liviya ilə əlaqələri kəsmək niyyətində deyil
23 Fevral 2011 Çərşənbə 21:21
Belə bir bəyanatla Elmar Məmmədyarov Ukraynada çıxış edib
Ukrayna və Azərbaycan Liviya ilə diplomatik əlaqələri kəsməyi planlaşdırmır. ANS PRESS-in Ukrayna kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə birgə brifinq zamanı xarici işlər naziri Elmar Məmmədyarov və onun ukraynalı həmkarı Konstantin Qrişenko bildirib.

Ukrayna xarici işlər naziri Konstantin Qrişenko Liviyada təxminən 2 min nəfər ukraynalının yaşadığını qeyd edib: “Bizim üçün onların təhlükəsizliyini, oradan evakuasiya olunmasını təmin etmək lazımdır”.

İkitərəfli münasibətlərin kəsilməsinin tərəfdarı olmadığını vurğulayan xarici işlər naziri Elmar Məmmədyarov isə öz növbəsində beynəlxalq əlaqələrin inkişafı təcrübəsinə əsaslanaraq belə bir qərarın vəziyyətin stabilləşməsinə gətirib çıxaracağına inanmadığını bildirib: “Əksinə hesab edirəm ki, bu ölkədəki stabilliyi bərpa etmək, sülh əldə etmək üçün diplomatik səyləri gücləndirmək lazımdır”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar