Azərbaycan Konstitusiya Məhkəməsinin sədri: Hakimlər İnsan Hüquqlarına dair Avropa Konvensiyasını d
25 İyul 2011 Bazar Ertəsi 17:14
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri: “Pozulmuş hüquqlarının bərpası ilə əlaqədar insanlarının üz tutduğu məhkəmə hakimləri İnsan Hüquqlarına dair Avropa Konvensiyasını daha yaxşı bilməlidirlər”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
F. Abdullayev qeyd edib ki, hakimlərin İnsan Hüquqlarına dair Avropa Konvensiyasını bilməsinin əhəmiyyəti böyükdür. 2001-ci ildə Azərbaycanın bu konvensiyanı qəbul etdiyini xatırladan F. Abdullayev bildirib ki, bununla da Azərbaycan Avropa dəyərlərini qəbul etmiş olub: “Milli qanunvericilik sistemində beynəlxalq hüquq normaları üstünlük təşkil edir. Bu o deməkdir ki, Azərbaycan ümumavropa dəyərlərini qəbul edir və biz bu məqamdan qaça bilmərik. Yəni bu konvensiyadan irəli gələn məsələləri Azərbaycanda hər bir şəxs bilməli, həyatında və işində rəhbər tutmalıdır. Bu məsələ məhkəmələrə xüsusilə aiddir”. APA
DOSTLARINLA PAYLAŞ: