Azərbaycan keçən il 804 milyon dollarlıq silah alıb
23 Yanvar 2013 Çərşənbə 12:07
2012-ci ildə dünyanın 18-ci ən böyük silah və hərbi texnika idxalçısı olmuşuq.
Azərbaycan 2012-ci ildə dünyanın 18-ci ən böyük silah və hərbi texnika idxalçısı olub. APA-nın məlumatına görə, bu barədə Silah Ticarətinin Beynəlxalq Analizi Mərkəzinin (SAMTO) hazırladığı illik hesabatda bildirilir.

Mərkəzin hazırladığı statistikaya görə, ötən il Azərbaycan 804 milyon ABŞ dolları dəyərində silah idxalı həyata keçirib. Ən böyük silah idxalçılarının ikinci onluğunda İngiltərə, İtaliya, Yaponiya, Norveç, BƏƏ, ABŞ, Kanada, Azərbaycan, Danimarka və Əfqanıstan yer alıb.

Ən böyük silah idxalçılarının birinci onluğuna isə 13 milyard 239 milyon dollar sifarişlə Hindistan başçılıq edib. İlk onluqda sonrakı yerlərdə İraq, Oman, Avstraliya, Səudiyyə Ərəbistanı, Tayvan, Əlcəzair, Çin, İsrail və İndoneziya qərarlaşır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar