Azərbaycan jurnalistləri İrəvana gedib
13 İyul 2010 Çərşənbə Axşamı 16:10
Jurnalistlər "Qafqazda informasiya azadlığı" beynəlxalq konfransına qatılıblar.
Bir qrup Azərbaycan jurnalisti İrəvana gedib. "Media forum" saytının məlumatına görə, səfərdə beş azərbaycanlı jurnalist iştirak edib: telejurnalist Qulu Məhərrəmli, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı, AzTV-nin əməkdaşı Asəf Quliyev.

Azərbaycanlı jurnalistlər İrəvanda "Qafqazda informasiya azadlığı" beynəlxalq konfransına qatılıblar.

"Qafqazda informasiya azadlığı" beynəlxalq konfransı ikinci ildir Amerikanin Milli Təhlükəsizlik Arxivinin təşəbbüsü, Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan və ABŞ-dan olan jurnalistlərin iştirakı ilə keçirilir.

Əvvəlki konfrans Tiflis şəhərində olub. Tədbirin gələn il Bakıda keçirilməsi nəzərdə tutulur.

İrəvanda aparılan müzakirələr zamanı Bakıda keçiriləcək toplantıda türkiyəli jurnalistlərin də iştirak etməsi qərara alınıb.

Azərbaycanlı jurnalistlər Ermənistana iyulun 11-də gediblər. Onlar Azərbaycana iyulun 13-də qayıtmalıdırlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar