Azərbaycan İrandan üzrxahlıq gözləyir
24 May 2012 Cümə Axşamı 19:04
Elman Abdullayev: "İran ölkə rəsmilərinin Azərbaycanla bağlı çıxışlarına görə üzr istəməlidir".
İran ölkə rəsmilərinin Azərbaycanla bağlı çıxışlarına görə üzr istəməlidir. Belə bir bəyanatla Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxış edib. Jurnalistlərin suallarını cavablandıran diplomat həmçinin İran tərəfinin Azərbaycanın Tehrandakı səfirinə nota verməsi barədə məlumatı təkzib edib.

E.Abdullayev onu da bildirib ki, rəsmi Bakı Tehrandan Azərbaycanın İrandakı diplomatik missiyaları qarşısında anti-Azərbaycan xarakterli aksiyaların qarşısının alınmasını tələb edib.

Qeyd edək ki, bu günlərdə İranın bəzi qüvvələri Azərbaycanın ünvanına təhqiredici fikirlər səsləndirib. Konkret olaraq dünən İranın xarici işlər naziri Əli Əkbər Salehi ölkəmizin ünvanına yolverilməz fikirlər səsləndirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar