Azərbaycan İrandakı səfirini Bakıya çağırıb
30 May 2012 Çərşənbə 13:34
Səfir paytaxta məsləhətləşmələr üçün gəlib.
Azərbaycan İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovu Bakıya çağırıb. Bu barədə APA-ya Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, səfir Bakıya məsləhətləşmələr üçün çağırılıb. Məsləhətləşmələrin nə ilə bağlı olduğu açıqlanmayıb. Qeyd edək ki, İranın Azərbaycandakı səfiri də məsləhətləşmələr üçün Tehrana çağırılıb.
DOSTLARINLA PAYLAŞ: