Azərbaycan-İran sərhəddində maşınların hərəkəti dayandırılıb
20 İyul 2009 Bazar Ertəsi 12:40
Buna səbəb, terminalda 40 ton buğda kəpəyi olan maşının aşması olub

 

İran İslam Respublikası ilə Azərbaycan sərhəddində maşınların hərəkətində problem yaranıb. Buna səbəb, Astara rayon ərazisində terminalda yol qəzasının baş verməsi olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qəza bu gün səhər saat 08:30 radələrində baş verib. Belə ki, Lənkəran rayon sakini 1971-ci il təvəllüdlü Tofiq Sərxan oğlu Ağayevin idarə etdiyi 42 AC 308 dövlət nömrə nişanlı "Maz" markalı maşın aşıb. Nəticədə sürücünün Kürdəmir rayonundan İrana apardığı 40 ton buğda kəpəyi yola dağılıb. Sürücünün sözlərinə görə, qəzaya səbəb qəfildən onun yoluna qarşıdan gələn maşının çıxması və yolların bərbad vəziyyətdə olması olub. Qəza nəticəsində ilkin məlumata görə, ona 30 min manat maddi ziyan dəyib.
Hadisə yerində Astara Rayon Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.

Qəzanın səbəbləri araşdırılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar