Azərbaycan hökuməti terrorizmlə mübarizədə uğur qazanıb
01 Avqust 2012 Çərşənbə 10:59
Birləşmiş Ştatların Terrorizmlə Mübarizə İdarəsi ölkələr üzrə 2011-ci il üçün məruzəsini açıqlayıb.
Azərbaycan hökuməti ölkədə terrorçu vasitəçilərin azaldılmasında müəyyən nailiyyətlər əldə edib və onların fəaliyyətinə maneələr törədir. ANS PRESS-in verdiyi xəbərə görə, bu, ABŞ Dövlət Departamentinin Terrorizmlə Mübarizə İdarəsinin ölkələr üzrə 2011-ci il üçün məruzəsində qeyd edilib.

Birləşmiş Ştatlar Dövlət Departamentinin rəsmi saytındakı məruzədə bildirilir ki, Azərbaycan Qafqazdan insan, pul və avadanlıq keçirmək istəyən terrorçu qruplaşmalara qarşı aktiv mübarizə aparır.

Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə işləyən terrorçu qrupları və vasitəçiləri izləyir, sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün lazimı tədbirlər həyata keçirir.

Regional və beynəlxalq əməkdaşlığa gəldikdə isə rəsmi sənəddə qeyd edilub ki, ölkə hökuməti Xəzər dənizi sahilində yeddi radiolokasiya stansiyasının yerləşdirilməsini öz üzərinə götürüb. Bu stansiyalar hərbi dəniz donanması, sahil mühafizə xidməti tərəfindən istifadə olunacaq, qaçaqmalçılıq təhlükələrini aşkar edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar