Azərbaycan hərbçiləri NATO-nun tədbirlərində iştirak edirlər
01 Fevral 2010 Bazar Ertəsi 12:15
Azərbaycanın NATO ilə imzaladığı proqramlar çərçivəsində bir sıra tədbirlər keçirilir.
Bu barədə APA-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, bu gün Almaniyanın Oberammerqau şəhərində «NATO Sülhün dəstəklənməsi əməliyyatları üzrə» 5 günlük kurs, Vaşinqtonda (ABŞ) “Fövqəladə hallar üzrə milli tədbirlər planı” adlı seminar (fevralın 5-dək) seminar işə başlayıb. Azərbaycan hərbçiləri həmçinin NATO-nun əməkdaşlıq planları çərçivəsində fevralın 1-dən 12-dək Yunanıstanın Kristoni-Kilkis şəhərində «Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təkmilləşmə kursu»nda, fevralın 19-dək Norveçin Dombas şəhərində «Qış şəraitində döyüş kursu»nda, fevralın 5-dək Oberammerqauda (Almaniya) «Birləşmiş Birgə Əməliyyatlar Mərkəzi kursu»nda, bu gündən fevralın 12-dək Türkiyənin İzmir şəhərində «Hava əməliyyatları üzrə terminologiya kursu»nda, fevralın 8-dən 12-dək Ankarada «Silahlara nəzarət kursu»nda, fevralın 8-dən 19-dək Almaniyanın Garmiş şəhərində «Dil testi seminarı»nda, fevralın 8-dən 19-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində «Qərargah zabitləri üçün hərbi terminologiya kursu»nda, fevralın 9-da Parisdə NATO-nun Hərbi hazırlıq və Təlim üzrə Konfransında, fevralın 9-dan 12-dək Belçikanın Mons şəhərində «Hərbi Əməkdaşlıq kursu»nda, fevralın 8-dən 11-dək Almaniyanın Hürt və Köln şəhərlərində «Hərbi Hava Qüvvələri informasiya toplantısı»nda iştirak edəcək və hərbi tədris müəssisələrini ziyarət edəcəklər. APA
DOSTLARINLA PAYLAŞ: