Azərbaycan–Gürcüstan sərhədində unikal tapıntı
06 May 2011 Cümə 10:57
Sərhəddə aşkar edilən qədim tağ arxeoloqlar tərəfindən araşdırılır.
Gürcüstan-Azərbaycan sərhədində antik dövrə aid sütun aşkarlanıb. ANS PRESS-in Gürcüstanın “Pirveli” agentliyinə istinadən verdiyi məlumata görə, qədim tağı Gürcüstanın Sabatlo kəndi sakini yer belləyərkən təsadüfən aşkar edib.

Hazırda qədim sütunun İli adına universitetin tədqiqat mərkəzinə aparıldığı bildirilir. Arxeoloqlar sütunun ən azı e.ə. V-IV əsrə aid olduğunu ehtimal edirlər.

Arxeoloqlar sütunun yerin dərin qatlarında olan hər hansı bir qədim tikilinin bir hissəsi olduğunu düşünürlər. Hazırda ekspertlər qədim tağın tapıldığı ərazidə tədqiqat işləri aparırlar.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar