Azərbaycan Fransaya nota verə bilər
08 İyun 2009 Bazar Ertəsi 23:55
Rəsmi Bakı Fransanın milli assambleyası üzvünün Dağlıq Qarabağ bölgəsinə səfər etməsi ilə bağlı məlumatı öyrənir

Rəsmi Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın milli assambleyasının üzvü, Fransa- Ermənistan dostluq qrupunun sədri, deputat Fransua Roşblanın Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsinə səfər etməsi ilə bağlı məlumatı öyrənir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Fransadakı səfirliyinə informasiyanın həqiqətə uyğun olub-olmadığını tam dəqiqləşdirərək nazirliyə xəbər verməsi tapşırılıb.

Məsələyə aydınlıq gətirildikdən sonra müvafiq addımlar atılacaq.

Roşblan parlament üzvü olduğundan Fransaya etiraz notasının verilməsi də istisna olunmur.

Qeyd edək ki, «Novosti-Armeniya» agentliyinin xəbərinə əsasən, Fransua Roşbluan Dağlıq Qarabağda səfərdədir. Onun qondarma respublikanın parlamentində çıxış edəcəyi gözlənilir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar