Azərbaycan Fransa şərab festivalında iştirak edəcək
14 May 2012 Bazar Ertəsi 13:41
Ölkəmiz üçün ayrılmış sahədə Azərbaycan şərabları nümayiş olunacaq.
Myın 20-də Fransanın Burqundiya regionunun Oser şəhərində "Oserin üzüm gülləri" şərab festivalı keçiriləcək. Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin təşkilatçılığı ilə rəsmi şəxslərdən və şərabçılıq sahəsində ixtisaslaşmış iş adamlarından ibarət nümayəndə heyəti mayın 18-21-də Oser şəhərində səfərdə olacaq.
İİN-dən ANS PRESS-ə verilən məlumata görə, ölkəmiz üçün ayrılmış sahədə Azərbaycan şərabları nümayiş olunacaq. Burada həmçinin, milli mətbəximiz və musiqimiz ziyarətçilərə təqdim ediləcək.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində bir sıra üzüm plantasiyalarında və şərab istehsalı müəssisələrində olacaq, təcrübə mübadiləsi aparacaqlar. Səfər zamanı Azərbaycan və Fransanın bir sıra şəhərləri arasında əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: