Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verib
14 İyul 2011 Cümə Axşamı 23:02
İşğal olunmuş Azərbaycan torpaqlarında 4 məscid, 5 muzey və 3 alban monastırı ermənilər tərəfindən vandalizmə məruz qalıb.
İşğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən dağıdılmış və ermənilər tərəfindən özününküləşdirilmiş 4 məscid, 5 muzey və 3 alban monastırının vandalizmə məruz qalması ilə bağlı Azərbaycan Ermənistana qarşı iddia ərizələrini Avropa məhkəməsinə göndərib.

Tarixi və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılovun sözlərinə görə, Şuşa Aşağı Gövhərağa məscidi, Şuşa Yuxarı Gövhərağa məscidi, Kəlbəcər Tarix-Diyarşunaslıq Muzeyi haqqında faktlar toplanılıb göndərilir: "Təşkilat olaraq ümid edirik ki, Avropa Məhkəməsinə ünvanlayacağımız iddiaların hər birinə müsbət münasibət göstəriləcək. Bu işin baxılması Avropa Məhkəməsində təmin olunacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar