Azərbaycan Ermənistandan cavab gözləyir
19 Avqust 2010 Cümə Axşamı 21:50
Novruz Məmmədov: "Bu münaqişə 10 il, 15 il həll olunmamış qala bilməz".
Rəsmi Bakı Ermənistandan həmsədrlərin təklif etdiyi yeniləşmiş Madrid prinsiplərinə cavab gözləyir. Prezident Administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məsələ ilə bağlı ANS-ə müsahibəsində deyib ki, ermənilər indiyə qədər əldə olunmuş razılaşmalardan imtina edirlər. Bunu dözülməz hal kimi qiymətləndirən N.Məmmədov rəsmi Bakının bununla bağlı öz mövqeyini bildirdiyini qeyd edib.
“Həmsədrlər təklfiləri ortaya qoyub. Ona görə də onlar Ermənistandan buna münasibət bildirməyi tələb etmələdir. Rusiyanın iştirakı ilə bir ildə 6 görüş olub. Biz həmsədrlərdən tələb edəcəyik ki, mövqelərini ortaya qoysun. Bu münaqişə 10 il, 15 il həll olunmamış qala bilməz. Prezident də deyib ki, bu son mərhələdir”, - deyə o fikrini tamamlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: