Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü keçiriləcək
09 Aprel 2011 Şənbə 11:26
. Yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.


APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında bildirib.

Səfir qeyd edib ki, belə bir görüşün tezliklə keçiriləcəyi gözlənilir: «Nazirlərin görüşündən sonra isə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər».

P.Bülbüloğlu həmçinin Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa növbəti səfəri ilə bağlı sualı da cavablandırıb: «Belə bir fikir var, lakin hələ bu səfəri gerçəkləşdirə bilməmişik».


DOSTLARINLA PAYLAŞ:

oyunlar