Azərbaycan, Ermənistan və Rusiya Xarici işlər nazirlərinin görüşü keçiriləcək
24 Yanvar 2011 Bazar Ertəsi 07:00
Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri ötən ilin noyabrında da görüşərək Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmişdi.
Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri - Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrovun növbəti görüşü planlaşdırılır. Danışıqların növbəti raundu Rusiya tərəfinin təşəbbüsü ilə keçirilir.

Qeyd edək ki, görüşün keçiriləcəyi barədə ilk məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov vermişdi. Azərbaycanın Xarici işlər nazirliyi də bu görüşün keçiriləcəyini təsdiq etmişdi.

Erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, fevralın əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüş keçiriləcək.

Xatırladaq ki, üç ölkənin xarici işlər nazirləri ötən ilin noyabrında da Moskvada görüşərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar