Azərbaycan ərazisindən Əfqanıstana təyyarə göndəriləcək
19 Noyabr 2009 Cümə Axşamı 12:55
NATO bununla bağlı rəsmi Bakı ilə danışıqlar aparılır
Bu gün Bakıda NATO Azərbaycan beynəlxalq məktəbi və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə "NATO-nun Yeni Strateji Konsepsiyası: tərəfdaşlar tərəfindən müzakirələrə töhfə" mövzusunda konfrans öz işinə başlayıb. Tədbirdə NATO-Azərbaycan əlaqələri, onun perspektivləri müzakirə olunur.

Konfransda iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov NATO aviasiyasının ölkə ərazisindən keçməklə Əfqanıstana hərəkətinə rəsmi Bakının icazə verməməsiylə bağlı Qərb mətbuatında yayılan məlumatları təkzib edib. O, bildirib ki, Azərbaycandan Əfqanıstana yüzlərlə təyyarə uçur.

"NATO ölkələri istənilən vaxt bununla bağlı Azərbaycana müraciət edib icazə alır. Hazırda NATO Əfqanıstana "Avaks" tipli təyyarlər göndərməyi planlaşdırır və Azərbaycan tərəfiylə danışıqlar aparır", deyə nazir müavini qeyd edib.

A. Əzimov əlavə edib ki, bu məsələ təkcə Azərbaycandan yox, bu marşrut üzərindəki bütün ölkələrdən - məsələn Türkiyə, Türkmənistan və Özbəkistandan da asılıdır. "Əgər məsələ bu ölkələrdən birində həllini tapmayıbsa, o zaman Azərbaycanı günahlandırmaq əsassızdır", deyə nazir müavini vurğulayıb.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar