Azərbaycan ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb
16 Mart 2012 Cümə 13:12
Bakı və Abşeron yarımadasında martın 17-də havanın arabir yağıntılı olacağı, sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq.
Martın 18-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 17-də havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.
Martın 18-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz saatlarında əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: