Azərbaycan Dillər Universitetində jurnalistika ixtisası açılacaq
03 Mart 2012 Şənbə 11:10
Tədris planında xarici dillər üzrə saatların artırılması nəzərdə tutulur.
2012-2013-cü tədris ilində Azərbaycan Dillər Universitetində (ADU) jurnalistika ixtisası açılacaq. Bunu ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil müəssisəsində “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə bildirib.
S. Seyidov deyib ki, filologiya fakültəsində açılacaq yeni ixtisasın tədris planının hazırlanması ilə bağlı işlər gedir. Tədris planında xarici dillər üzrə saatların artırılması nəzərdə tutulur.
Məqsəd Azərbaycan jurnalistikasının dünya informasiya məkanına inteqrasiyasına kömək edə biləcək peşəkar kadrların yetişdirilməsidir.
DOSTLARINLA PAYLAŞ: