Azərbaycan böyük sülh sazişinə hazırdır
26 Aprel 2013 Cümə 14:44
Xarici işlər naziri Elmar Məmmədyarov bu barədə rumıniyalı həmkarı ilə görüşü zamanı danışıb.
Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinə hazırdır. ANS PRESS-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında açıqlayıb.
"Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişin olmaması barədə bəyanatı ilə razıyam. Çünki bu vaxta qədər biz məntiqli proses üzərində işləyirik. Biz artıq neçə ildir ki, münaqişənin nizamlanmasını müzakirə edirik. Amma danışıqlar prosesi hələki nəticə vermir. Nazirlər də görüşür, lakin bu danışıqların məntiqi nəticəsi yoxdur",- deyə XİN rəhbəri Elmar Məmmədyarov bildirdi.
Nazirin sözlərinə görə, Azərbaycan Ermənistana böyük sülh sazişi üzərində işləməyə hazır olduğunu açıqlayıb:"Onlara demişik ki, müzakirə edilməli çox sayda məsələlər var. Məcburi köçkünlərin qayıtması, statusun müəyyənləşdirilməsi və bir sıra digər məsələlər mövcuddur".
DOSTLARINLA PAYLAŞ: