Azərbaycan BMT və ATƏT-in Minsk Qrupuna narahatlığını bildirib
07 Avqust 2012 Çərşənbə Axşamı 12:32
Müraciətdə ermənilərin Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşma siyasəti aparmaları kəskin tənqid olunur.
Ermənistan kütləvi informasiya vasitələri erməni ailələrin Dağlıq Qarabağda məskunlaşdırılması ilə bağlı məlumat yayıblar.
Xüsusilə Suriyanı tərk edən ailələrin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırıldığına dair erməni mətbuatında məlumatlar yer almaqdadır. APA-nın məlumatına görə, Azərbaycan artıq bununla bağlı BMT-yə, ATƏT-ə, Minsk Qrupuna həmsədrlik edən ölkələrə öz narahatlığını ifadə edib. Xarici İşlər Nazirliyindən bildiriblər ki, ATƏT-in Minsk Qrupu Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma faktları araşdırmaq üçün dəfələrlə monitorinq keçirib: “Monitorinqlər zamanı Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarında ermənilər tərəfindən qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı müəyyənləşib. Beynəlxalq ictimaiyyət bu siyasətin davam etdirilməsinə imkan verməməlidir”.
DOSTLARINLA PAYLAŞ: