Azərbaycan BMT Təhlükəsizlik Şurasında siftə etdi
05 Yanvar 2012 Cümə Axşamı 00:27
Ölkəmiz qurumun qeyri-daimi üzvü kimi ilk iclasa qatılıb.
Nyu-York vaxtı ilə səhər saat 10.00-da BMT-nin baş qərargahında Azərbaycan Təhlükəsizlik Şurasının ilk iclasında qeyri-daimi üzv yerini tutub. ANS PRESS-in məlumatına görə, Şurada on beş dövləti təmsil edən nümayəndələrin bağlı qapılar arxasında qurumun yeni sessiyasının gündəliyini və digər daxili təşkilati məsələləri müzakirə ediblər. Toplantı qapalı olub.
İclas biraylıq sədrlik səlahiyyətlərinə başlayan Cənubi Afrika Respublikasının başçılığı ilə keçirilib. Azərbaycanla yanaşı, iclasa qatılan yeni üzvlər Qvatemala, Mərakeş, Pakistan və Toqo olub.
DOSTLARINLA PAYLAŞ: