Azərbaycan bəzi ölkələrdəki səfirlərini geri çağırır
13 İyul 2012 Cümə 19:12
Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.
Prezident İlham Əliyev Arif Ağaqulu oğlu Ağayevin Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
ANS PRESS-in “AzərTAc”a istinadən verdiyi məlumata görə, prezidentin digər sərəncamı ilə Sabir Məmməd oğlu Ağabəyov Azərbaycan Respublikasının Mərakeş Krallığında, Tunis Respublikasında, Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Qambiya Respublikasında və Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
İlham Əliyev Elman Həmid oğlu Araslının Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında və İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması barədə də sərəncam imzalayıb.
DOSTLARINLA PAYLAŞ: