Azərbaycan bayrağı altında üzən gəmi Rusiyada saxlanıb
11 Avqust 2010 Çərşənbə 13:55
Rusiya sərhədçiləri Xəzərdə Azərbaycan bayrağı altında üzən gəmini saxlayıblar.
APA-nın «İTAR-TASS»-a istinadən verdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzində bildirilib ki, gəmidə nərəkimilər növündən olan böyük partiya balıq və qara kürü olub.
Avqustun 10-da Kaspiysk şəhərinin sərhəd keşikçi gəmilərinə məxsus «Stavropol» keşikçi gəmisi Xəzərin orta hissəsində naməlum gəmi aşkarlayıb. Gəminin göyərtəsində 3 motorlu qayıq da olub. Keşikçi gəmisi yaxınlaşan zaman 2 motorlu qayıq qaçmağa cəhd göstərsə də, tezliklə saxlanılıb.
Saxlanılan «Xəzər» balıqçı gəmisinin 8 nəfərdən ibarət ekipajı Azərbaycan vətəndaşlarıdırlar. Gəmidə ümumi çəkisi 2 ton olan 80 ədəd nərə balığı və 8 kiloqram nərə balığının kürüsü aşkarlanıb.
Balıqçı gəmisi və qayıqlar araşdırma üçün Mahaçqalaya aparılıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar