Azərbaycan ATƏT PA-da Qarabağ problemini qaldıracaq
01 İyul 2011 Cümə 12:17
Belqradda 6-10 iyul tarixlərində assambleyanın yay sessiyası keçiriləcək.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Parlament assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitənin iclasında müzakirə ediləcək. Bu barədə Milli Məclisdən bildirilib.
6-10 iyul tarixlərində Belqradda (Serbiya) keçiriləcək assambleyanın yay sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin və onun həllində ATƏT PA-nın rolunun müzakirəsi planlaşdırılır.
Qarşıdakı sessiyada Azərbaycan nümayəndə heyətinə Milli Məclisinin vitse-spikeri Bahar Muradova rəhbərlik edir.
ATƏT PA-nın yay sessiyasının gündəliyinin əsas mövzusu "Təşkilatın effektivliyinin artırılması - ATƏT-in Astanada sammitindən sonra yeni start" olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: