Azərbaycan adlı avtomobil istehsal ediləcək.
18 Noyabr 2009 Çərşənbə 17:40
Məhəmmədrza Rəhimi: "Prezident Əhmədinejad Azərbaycan xalqını çox istəyir"
İran "Azərbaycan" adlı avtomobil istehsal edəcək. İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi bildirib ki, gələn ildən ölkədə "Azərbaycan" adlı avtomobilin istehsalına başlanılacaq. Onun sözlərinə görə, İranda yaşayan bütün xalqlar prezident üçün əzizdir, lakin Azərbaycan xalqı daha əzizdir və prezident Əhmədinejad Azərbaycan xalqını daha çox istəyir. Bu sözləri M. Rəhimi Təbriz şəhərində Sufian sement zavodunun açılış mərasimində çıxış edərkən deyib.
M.Rəhimi əlavə edib ki, İran xalqı və bütün dünya müsəlmanları fəxr edir ki, İranın ali rəhbəri təbrizlidir. "İran prezidenti Əhmədinejadın Təbrizə səfəri zamanı verdiyi vədlərdən biri həyata keçiriləcək. Həmin vəd yüksək keyfiyyətli "Azərbaycan" adlı avtomobilin istehsalına başlanılmasıdır".
M.Rəhimi əlavə edib ki, "Azərbaycan" avtomobili "İran Khodro" şirkəti tərəfindən istehsal olunacaq.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: