Azərbaycan ABŞ üçün önəmli ölkədir
04 İyul 2010 Bazar 12:35
Bakıda səfərdə olan Amerika yəhudilərinin rəhbəri Devid Harrison belə deyib.
Amerika yəhudi komitəsinin icraçı direktoru Devid Kramerin Azərbaycana səfəri başlayıb. Bakıda keçiriləcək danışıqlarda ABŞ-ın yəhudi icması ilə əməkdaşlıq perspektikləri əsas müzakirə predmeti olacaq.
D.Harris Amerika-yəhudi komitəsi üçün Azərbaycana gəlməyin böyük əhəmiyyət kəsb etdiyini deyib. İki il əvvəll də Azərbaycana səfərini xatırladan direktor Azərbaycanın komitə, ABŞ və regiondakı sabitlik üçün olduqca önəmli ölkə olduğunu bildirib. “Bizim səfərimizin məqsədi Amerka və Azərbyacanda yaşayan yəhudilər arasındakı dostluğu qurmaq və möhkəmləndirməkdir. Biz insanaları Azərbaycan barədə məlumatlandırmaq istəyirik. Azərbaycanla yəhudi komitələri arasında inkişaf üçün mühüm adımlar atılır.
Xüsusilə qeyd etmək istəyirmə ki, bizim aramızda sıx əməkdaşlıq var”.
Onun sözlərinə görə, yəhudi icması Azərbaycanın Amerikada dahada məşhur olması üçün əlindən gələni edir.
Qeyd edək ki,D.Harrisonun səfəri ikigünlükdür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: