Azərbaycan-ABŞ hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
11 Avqust 2010 Çərşənbə 14:35
Səfər Əbiyev Amerikadan olan nümayəndə heyətini qəbul edib.
Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklohoma ştatının Milli Qvardiya Komandanının səfiri Mayls Dirinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə ABŞ-la Azərbaycan arasındakı hərbi əməkdaşlıq məsələləri, regiondakı mövcud vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzkirə olunub.
Nazir Səfər Əbiyev bildirib ki, ABŞ-Azərbaycan əlaqələri inkişaf edir və hər iki tərəf bu əmkdaşlığın davam etdirilməsinə tərafdardır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: