Azərbayca sərhəd qoşunlarınnın yaranmasından 91 il ötür
18 Avqust 2010 Çərşənbə 05:45
Xalq Cumhuriyyətinin yaranmasından bir il sonra milli hökumətin qərarı ilə sərhəd qoşunları fəaliyyətə başlayıb.
Bu gün Azərbaycanın sərhəd qoşunlarınnın yaranmasından 91 il ötür. Xalq Cumhuriyyətinin yaranmasından bir il sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən hərbi nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən sərhəd qoşunları fəaliyyətə başlayır. Müstəqillik əldə ediləndən sonra sərhəd xidməti milli təhlükəsizlik nazirliyinin tərkibində olub.

Qeyd edək ki, 2002-ci il iyul ayının 31-də isə mərhum prezident Heydər Əliyevin imzaladığı sərəncamla sərhəd qoşunları müstəqil qurum - sərhəd xidməti kimi fəaliyyə başlayıb. 7 ölkə ilə mövcud olan 3 min kilometrdən artıq sərhəddi qoruyan dövlət sərhəd xidmətinin qısa müddət ərzində onlarla zastavası açılıb, dəniz hüdudlarının qorunması üçün lazımi texnika alınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar