Azay Quliyev: QHT-lərlə bağlı yeni qanun layihələri hazırlanır
15 Oktyabr 2011 Şənbə 12:51
Dörd qanun layihəsi indi ilkin müzakirələrə hazırlıq mərhələsindədir.
"Azərbaycanda qeyri-hökumət təşkilatları inkişaf etməkdədir. Ümumiyyətlə, QHT-lərlə bağlı lazımi səviyyədə hüquqi baza mövcuddur və bu sahədə qanunvericilik də vaxtaşırı olaraq təkmilləşdirilir". Bu fikirləri Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, hazırda üçüncü sektorla bağlı yeni qanun layihələri hazırlanır. Onun sözlərinə görə, “Peşə cəmiyyətləri haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Korporativ sosial məsuliyyət haqqında” və “Sosial sifarişlər haqqında” qanun layihələri indi ilkin müzakirələrə hazırlıq mərhələsindədir.

A.Quliyevin fikrincə, şura yaradıldıqdan sonra bütövlükdə QHT-lərin fəaliyyəti xeyli təkmilləşib.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar