AZAL Bakı-Trabzon aviareysini bərpa edir
04 May 2011 Çərşənbə 17:26
«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Trabzon marşrutu üzrə birbaşa sərnişin aviareyslərini bərpa edir.
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlara mayın 17-dən başlanacaq: «Uçuşlar hər həftənin II və VI günləri Bakıdan saat 10:30-da, Trabzondan isə 12:00-da «ATR-42» tipli avialayneri ilə yerinə yetiriləcək».
AZAL-dan həmçinin bildirilib ki, Bakı-Trabzon istiqamətində bir aviabiletin minimal qiyməti 220 manat, hər iki istiqamətə isə 326 manat təşkil edir.
Qeyd edək ki, hazırda Bakıdan Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərinə birbaşa aviareyslər yerinə yetirilir. Mayın sonunda isə Bakı-Antalya və Bakı-Bodrum marşrutu ilə mövsümi aviareyslərin açılması planlaşdırılır. APA
DOSTLARINLA PAYLAŞ: