Ayətullah Məkarim Şirazi Azərbaycanla bağlı növbəti açıqlama verib
14 Noyabr 2011 Bazar Ertəsi 12:32
Ayətullah Məkarim Şirazi bir müddət əvvəl Azərbaycan dövlətini təhdid edən fikirləri ilə bağlı yenidən açıqlama verib.
 APA-nın İran mətbuatına istinadən yaydığı məlumata görə, İranın Qum şəhərindəki “Əzəm” məscidində keçirilən yığıncaqda M. Şirazi deyib ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi mətbuat orqanları tərəfindən yersiz təhqir və təhdidlərə məruz qalıb: “Bir neçə gün öncə Azərbaycan Respublikasında yürüdülən anti-islam siyasəti ilə bağlı söylədiklərimdən sonra kəskin hücumlara məruz qaldım. Halbuki bu məsələ bir ayətullah kimi mənim vəzifəmdir. Qeyd etmək istərdim ki, dediklərim həm də qonşu ölkənin boynumuzdakı haqqını yerinə yetirməkdir. Çünki bu ölkədə çoxluq təşkil edən müsəlman və şiə qardaşlarımız anti-islam siyasətlərindən əziyyət çəkir”.

Mövqeyindən çəkinmək fikrində olmadığını söyləyən ayətullah Şirazi heç bir qurumun nümayəndəsi kimi təqdim olunmasını istəməyib: “Mən Azərbaycan Respublikasında düşünüldüyü kimi, nə İranın ruhanilər məclisinin, nə hansısa bir partiyanın, nə də cəmiyyətin üzvü olaraq mövqeyimi açıqlamamışam. Mən ümum müsəlmanların fikrini deyirəm və fəaliyyətim heç bir sərhəd tanımır. Bunun başqa ölkələrin daxili işlərinə qarışmaq kimi qələmə verilməsi də düzgün deyil. Bizim onların nə torpaqlarında gözümüz var, nə də başqa bir təmənna diləyirik. Yeganə hədəfimiz islam qaydalarını müdafiə etməkdir. Ümid edirəm ki, verdiyim bu açıqlama ilə məqsədimiz aydınlaşacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar