AXCP-Müsavat blokunun mitinqinə icazə verilmədi
08 Noyabr 2010 Bazar Ertəsi 21:25
Bununla belə blokun etiraz aksiyaları keçirmək barədə qərarı qüvvədə qalır.
Bakı şəhər İcra Hakimiyyəti AXCP-Müsavat blokunun seçki prosesindəki saxtakarlığa etiraz olaraq noyabrın 9-da təyin etdiyi mitinqə icazə verməyib. Bu barədə ANS PRESS-ə Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, blokun etiraz aksiyaları keçirmək barədə qərarı qüvvədədir və yenidən Bakı meriyasına müraciət ediləcək.

Qeyd edək ki, AXCP-Müsavat bloku Bakı şəhər İcra Hakimiyyətinə müraciətində Qara Qarayev prospektində «Praqa» restoranının qarşısından başlayaraq «Təbriz» kinoteatrının qarşısına qədər yürüş və «Təbriz» kinoteatrının qarşısında mitinqin keçirilməsi, 20 nömrəli məktəbdən başlayaraq, Parlament prospektindən keçməklə Hüseyn Cavid bağına qədər yürüş və mitinq, Sabir bağından başlayaraq Azərbaycan küçəsindən keçməklə Füzuli meydanına qədər yürüş və mitinq, Səməd Vurğun bağı, Cəfər Cabbarlı meydanı, Nərimanov adına kinoteatrın qarşısındakı parkda, Dilarə Əliyeva küçəsi və Şəmsi Bədəlbəyli küçələri arasında, «Respublika» sarayının qarşısındakı parkda, Prezident Administrasiyasının, Bakı şəhər İcra Hakimiyyətinin və Nazirlər Kabinetinin binalarından 200 metr radiusda istənilən ərazidə aksiya keçirmək niyyətində olduğunu bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar