Avtomobillərə texniki baxışın keçirilməsi prosedurlarının sadələşdiriləcək
02 İyul 2011 Şənbə 12:05
Bunu “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.
Azərbaycanda nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Bunu “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.

Nazirin sözlərinə görə, nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi prosedurlarının sadələşdirilərək ən yeni texnologiyalar əsasında, qısa müddətdə təşkili, bu məqsədlə növbələrin elektron idarəetmə sisteminin tətbiqi nəzərdə tutulur.

Ramil Usubovun sözlərinə görə, dövlət yol polisi tərəfindən nəqliyyat vasitələrinin qeydiyyata alınması, sürücülük vəsiqələrinin verilməsi, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbulu prosedurunun da sadələşdirlməsi nəzərdə tutulur.

“Ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və uçota alınması ilə bağlı işlərin "bir pəncərə" prinsipi əsasında həyata keçirilməsi üçün bir sıra zəruri təşkilati tədbirlər görülüb və yaxın vaxtlarda bu prosedurun tətbiqinə də başlanılacaq”, - deyə o vurğulayıb.

Nazir bildirib ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə sanksiyalar sərtləşdirildikdən sonra ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalıb.

Ramil Usubov sürücülərin intizamı və sürücülük mədəniyyətinin aşağı olmasından təəssüfləndiyini bildirib.

O qeyd edib ki, Baş Dövlət Yol Polis İdarəsində mərkəzləşdirilmiş elektron məlumat bazası yaradılıb. Bu informasiya resursu respublikanın istənilən ərazisindən nəqliyyat vasitələri, onların sahibləri və sürücüləri barədə operativ şəkildə ətraflı məlumat almaq imkanı verir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar