Avstriya prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb
11 Oktyabr 2011 Çərşənbə Axşamı 19:16
Avstriya prezidenti Haynts Fişer Azərbaycana rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, ali qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb.
Avstriya prezidentini Azərbaycana səfərdə iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir. Avstriya prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Haynts Fişer səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.
Görüşlərdə Azərbaycanla Avstriya arasında ikitərəfli əməkdaşlıq münasibətləri, ticarət, enerji təhlükəsizliyi, regional məsələlərdə əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq. Səfər oktyabrın 12-də başa çatacaq.
H. Fişer Azərbaycandan sonra Türkmənistana səfər edəcək. APA
DOSTLARINLA PAYLAŞ: