Avroviziyanın təhlükisizliyi üçün xarici kəşfiyyatın gücündən istifdə olunmayacaq
07 May 2012 Bazar Ertəsi 05:00
Daxili İşlər Nazirinin müavini cənab Oruc Zalov Əhatə Dairəsinin suallarını cavablandırır.
Axşamınız xeyir olsun. Əhatə Dairəsində görüşürük. Azərbaycanın ev sahibliyi edəcəyi Avroviziya yarışmasına artıq sayılı günlər qalıb. Rəsmi Bakı təhlükəsizliyə tam zəmanət verdiyini deyir. Mayın 10-dan etibarən ölkəmizə gələcək yarışma iştirakçıları və tədbiri izləyəcək qonaqların təhlükəsizliyi də artıq gündəmdədir. Asayiş və qonaqların təhlükəsizliyi necə qorunacaq? Əhatə Dairəsinin suallarını Daxili İşlər Nazirinin müavini cənab Oruc Zalov cavablandırır.
Əhatə Dairəsi: Cənab nazir Daxili İşlər Nazirliyi olaraq Avroviziya yarışmasının təhlükəsizliyini təmin etmək üçün necə hazırlaşmısınız?Asayişin qorunmasına nə qədər polis cəlb olunacaq?
Oruc Zalov: Bu elə bir mötəbər, böyük yarışmadır ki, ölkəmizdə ilk dəfə nelə kütləvi, mədəni tədbir keçirilir. Əslində bu, hər bir azərbaycanlı üçün, hər bir vətəndaşımız üçün, eyni zamanda hər bir polis nəfəri üçün vətəndaş olaraq qürur duyulmalı, fəxr edilməli tədbirdir. Bu məsuliyyət hər bir vətəndaşın üzərinə düşür və sözsüz ki, hüquq mühafizə orqanı olaraq daxili işlər orqanlarının, polis əməkdaşlarının məsuliyyətinin daha artıq olmasını tələb edir.
Hələ ötən il, 2011-ci ilin 19 may tarixi möhtərəm prezidentimizin sərəncamı ilə təşkilat komitəsi yaradıldı. Bu yarışların uğurla başlanılması, təşkil edilməsi və sona çatması üçün UNESCO-nun və İsesco-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında təşkilat komitəsi yaradıldı. DİN olaraq bunu nəzərə alaraq hörmətli nazirimiz Ramil Usubovun yanında geniş əməliuyyat müşavirəsi keçirildi və bu işə demək olar ki, start verildi. Noyabr ayından başlayaraq cənab nazirin əmri ilə ayrı-ayrı xidmət sahələrini, ayrı-ayrı xidmət rəhbərlərini, polis nəfərindən tutmuş vəzifəli rəhbər şəxslərə qədər hər bir əməkdaşın üzərinə konkret vəzifələr qoyludu. Hansı təşkilati işlər aparılmalı, hansı işlər görülməli, hansı tarixə bu işlər başa çatdırılmalı və məruzə edilməlidir. Mən deyim ki, bu ərəfədə, noyabr ayından may ayının 5-dək bir neçə dəfə müşavirələrdə rəhbər işçilərin, ayrı-ayrı xidmət rəhbərlərinin hesabatları dinlənilib, hazırlığın, ictimai asayişin müdafiəsinin hansı qaydada təşkili barədə geniş məlumatlar verilib.
Qeyd etmək istəyirəm ki, Azərbaycan polisi belə bir mötəbər yarışmanın, belə bir möhtəşəm tədbirin ölkəmizdə keçirilməsinin həddindən artıq bir azərbaycanlı kimi, bir polis işçisi kimi, bir vətəndaş kimi sevinirik və sözsüz ki, öz məsuliyyətimizi başa düşürük ki, burda bizim üzərimizə çox böyük məsul vəzifələr qoyulub. Hazırlıq işləri demək olar ki, tam başa çatdırılıb, artıq əməkdaşlarımız konkret öz vəzifələrini müəyyənləşdirib bütün yarışma keçirilən yer daxil olnaqla, qonaqların qalacağı yerlər, ərazilər, istirahət edəcəyi məkanlar onların gəzinti yerləri təhlükəsizlik baxımından təmin olunub. Polis üzərinə düşən bütün vəzifələri yerinə yetirir və bu sahədə çalışır ki, heç bir xoşagəlməz hadisə baş verməsi, ictimai qaydalar pozulmasın, bu tədbir Azərbaycanı Avropaya tanıtdırmaq üçün bir fürsətfir. Bakı şəhərində bu gün təxminən 7 000 əməkdaşımız bu işə cəlb olunub.
Əhatə Dairəsi: Polis otellərdə və turistlərin hərəkət etdiyi ünvanlarda keşik çəkəcəkmi?
Oruc Zalov: Qonaqlar artıq ayrı-ayrı qruplar şəklində baxış keçirmək üçün artıq gəlirlər və bu ictimai təhlükəsizliyin təmin olunması həmin yerlərdə də polisin üzırinə düşür. Hər bir oteldə, onların istirahət etdiyi hər yerdə, restoranlar, barlar və s. yerlərdə ictimai asayişin təmini üçün biz tədbirlər görmüşük. Güman edirəm ki, ictimai asayiş yüksık səviyyədə təmin olunacaq.
Əhatə Dairəsi: Təhlükəsizliyin təmin olunmasını təkcə DİN üzərinə götürüb, yoxsa digər güc strukturları da bu işdə sizə yardımçı olacaq?
Oruc Zalov: Təhlükəsizlik tədbirləri təkcə polis üzərinə düşən vəzifə deyil. Bu tədbirin böyüklüyü, mötəbərliyi nəzərə alınaraq digər təhlüksizik xidməti ilə MTN, xüsusi dövlət mühafizə xidməti, FHN, İsman və Gənclər nazirliyi, Səhiyyə nazirliyi və digər aidiyyətli nazirlikvə komitələrlə birlikdə bu məsələnin konsepsiyası lazımi şəkildə işlənilib, müvafiq tədbirlər görülüb, işçi qrup yaradılıb. Bu gün də işçi qrup mütəmadi olaraq toplanır və ortaya çıxan bütün məsələlər qarşılıqlı həllini tapır.
Əhatə Dairəsi: Mətbuatda belə bir xəbər yayılmışdı ki, Avroviziya yarışması ərəfəsində təhlükəsizliyin təminatında Azərbaycana İsrail və Amerikadan gələcək Xüsusi xidmət orqanları kömək edəcək. Bu xəbər nə dərəcədə doğrudur?
Oruc Zalov: Əvvəldən deyim ki, bu həqiqətə uyğun olamayan xəbərdir, şaiyədir. Bu gün Azərbaycan polisinin kifayət qədər təcrübəsi var ki, böyük, beynəlxalq tədbirlərin asayişini nümunəvi şəkildə təmin etsin. Mən deyim ki, bundan əvvəl də ölkəmizdə bir sıra böyük kütləvi tədbirləri, idman yarışları, dünya birinicilikləri keçirilib, hətta bu yarışlarda qonşu ölkə Ermənistandan gələnlər də iştirak edib bə bütün hallarda Azərbayca polisi öz üzərinə düşən vəzifəni, yəni ictimai qaydaların qorunmasını öz üzərinə götürüb və bunun öhdəsindən layiqincə gəlib.
Bu gün biz ayrı-ayrı ölkələrin təcrübələrinə sözsüz ki, müraciət edirik. Yəni bu praktiki baxımdan deyil, təcrübə basımından, teoriya baxımından öyrənmişik. Axırıncı da, Eurovisionun keçirildiyi Moskva şəhərində biz onlasrın təcrübəsini öyrənmişik, nu sənədlərlə tanış olmuşuk, yaxşı təcrübəni qəbul etmişik, lakin bizim özümüzün öz gücümüzlə bu tədbirin keçirilməsi İn şallah biz yaxşı başa vuracağıq. Digər dövlətlərin hansısa qüvvələrinə ehtiyac duyulmayıb və olmayacaq.
Əhatə Dairəsi: Eurovision müsabiqəsini keçirmiş sadəcə Moskvanın təcrübəsinimi öyrənirsiniz, yoxsa digər ölkələrin təcrübələrindən də yararlanırsınız?
Oruc Zalov: Beynəlxalq tədbirlərin keçirildiyi ölkələrin təcrübəsinə biz həmişə diqqət yetiririk. Avstriya polisi öz təcrübəsini bölüşmək üçün bizə müraciət etmişdi. Biz bundan imtina etmədik və həmin şəhərin polis departamentinin üzvləri bizim çevik polis alayında təcrübə mübadiləsi keçdi, biz müəyyən təlimlər keçdik və bunu da qeyd etmk istəyirəm ki, həmin nümayəndələr bizim çevik polis alayının, Azərbaycan polisinin həddindən artıq bu müsabiqələrə hazırlıqlı olduğunu qeyd etdilər.
Əhatə Dairəsi: Polis əsasən şəhərin hansı istiqamətində gücləndirilmiş rejimdə işləyəcək.?
Oruc Zalov: Turistlərimiz Bakının hər bir yeri ilə tanış ola bilərlər. Dənizkənarı çimərliklər də ola bilər, Dənizkənarı istirahət yerləri də ola bilər, Bakıətrafı bulvarda da ola bilər; ayrı-ayrı yerlərdə mehmanxanalar var, onların ətrafında, bazrlarda, demək olar ki, şəhərimizin hər tərəfində polis gücləndirilmiş iş rejimində olacaq.
Əhatə Dairəsi: Güclənirilmiş iş rejimi neçə gün çəkəcək?
Oruc ZalovBu məsuliyyəti hiss edərək onsuzda gücləndirilmiş iş rejimindəyik, yəqin ki, bu tədbir tam başa çatana qədər, qonaqlarımız yaxşı əhval ruhiyyə ilə Bakını tərk edənə qədər. Bu tədbir tam başa çatana qədər biz gücləndirilmiş iş rejimində olacağıq.
Əhatə Dairəsi: Təhlükəsizlik tədbirlərinin bir hissəsi kimi şəhərin ayrı-ayrı ərzisində əlavə kameralar quraşdırılcaqmı?
Oruc Zalov: 3 ildən bir qədər artıqdır ki, parklarda, ayrı-ayrı gəzinti yerlərində, yol ayrıclarında, kütləvi tədbirlər keçirilməsi mümkün olan yerlərdə təhlükəsizlik kameraları quraşdırılıb. Bu çox böyük əhəmiyyət kəsb edir. Mən deyim ki, Bakı sakinləri özü də, istər yollarda olan hadisələr, istər meydanlarda olan hadisələr zamanı polisin dərhal hadisə yerinə çatmasından razılıq edirlər. Bir növ əhalimiz özünü təhlükəsiz hiss edir. Artıq hər tərəfdə bu müşahidə var. Və güman edirəm ki, quraşdırılmış kameralar vasitəsilə şəhərdə ümumi təhlükəsizliyə nəzarət ediləcək, bulvar genişləndirildikcə bu kameraların quraşdırılması davam etdiriləcək.
Əhatə Dairəsi: Müsabiqənin başlayacağı gün yarışmanı izləyəcək qonaqların “Kristal zal”a yaxınlaşması necə olacaq?
Oruc Zalov: Hər bir azərbaycanlı bununla fəxr etməlidir ki, şəhərimizdə belə bir gözəl saray salınıb. Bu Azərbaycan xalqı üçün, gələcək nəsllərə xidməti üçün salınan böyük bir zaldır. Bu ərazi etibarilə elə bir yerdədir ki, dənizə yaxın və yarışma günləri, yarışmadan bir neçə gün əvvəl hamının buraya getməsi mümkün olmayacaq. Ona görə ki, ora buraxılış biletlə olacaq. İştirakçılar, təşkilatçılar yarışda iştirak edənlərdən başqa kimin bileti varsa ora həmin şəxcslər buraxılacaq.
Təkcə bilet əldə etmək kifayət deyil, eyni zamanda onların şəxsiyyətini təsdiq edən sənədləri də əllərində olmalıdır. Və əl oyunları stadionunun yanında bu cür sənədləri göstərən vətəndaşlar “Kristal zal” istiqamətində hərəkət edə biləcək. Kiminsə bileti yoxdursa, yaxud bileti var, şəxsiyyət vəsiqəsi yoxdursa onlar buraxılış məntəqələrindən ötürülməyəcək. İlk buraxılış məntəqəsi əl oyunları stadionunun yanında, növbəti buraxılış məntəqəsi isə təxminən 200 – 300 metr məsafədə metal və qadağan edilmiş əşyalara baxış məqsədilə dedektorlar vasitəsilə baxış keçiriləcək, burda bizim qadın polislər də işə cəlb olunublar. 100-dən çox qadın polis həmin xidmətdə olacaq və qadağan edilmiş əşyalar sözsüz ki, buraxılmayacaq. Bilet əldə etmiş vətəndaşlar yaxşı olar ki, diqqət etsinılər, şüşə butulkalarla gələn buraxılmayacaq, hətta məsləhətdir ki, plastik butulkalarda da su gətirməsinlər. İçərdə hər cür xidmət və təminat olacaq.
Əhatə Dairəsi: Adətən bütün dünyanın diqqətində olan möhtəşəm tədbirlərin keçirildiyi ərəfədə təxribatalar istisna olunmur. Siz hər hansı bir təxribatın qarşısını almağa nə qədər hazırsınız?
Oruc Zalov: Bu elə bir yarışdır ki, Azərbaycanın dünyada tanıdılmasıdır. Buna qarşı hər bir vətəndaş diqqətli olmalıdır. Mən güman edirəm ki, ölkəsini, torpağını, Bakımızı, Azərbaycanımızı sevən hər bir kəs diqqətli olmalıdır. Bura gələnlərin heç də hamısı xoş niyyətli deyil, bizim sevincimizi qəbul etməyənlər də var. Lakin hüquq mühafizə orqanları TX orqanları ilə vətəndaşlarımnızla birlikdə ictimai təhlükəsizliyin təmin olunması üçün nə mümkündürsə bu tədbirləri həyata keçirəcəyik.
Əhatə Dairəsi: Bakının tıxacsız günü yoxdur. Yarışma ərəfəsində və yarışma günündə şəhərdə nəqliyyatın hərəkəti necə tənzimlənəcək? İnsanların yollarda qalmaması, üçün yol polisləri hansı qaydada işləyəcəklər?
Oruc Zzalov: Həqiqətən bu da çox aktual problemdir. Küçələrdə şəxsi nəqliyyatın sayı da hər güm çoxalır. Yarışma olmasa da, yay aylarında Bakıya gələn qonaqların sayı çoxalır. Bu tıxacların qarşısını almaq üçün DYP əməkdaşlarının hər həftə, hər gün keçirilən verilişlərində biz daim müraciət edirik ki, zərurət yaranmadığı halda əgər ehtiyac yoxdursa maksimum şəxsi avtomaşınlardan az istifadə edilsin.
Bəzi insanlar saatlarla tıxaclarda qalırlar və bəzən bu problemlər də yaradır. Səhər saat 07.00-dən axşam saat 23.00-ə qədər polis əməkdaşları yolu tənzimləyir. Yaxşı olar ki, bu yarışmaya hörmət və qonaqların hərəkət istiqamətinə mane olmamaq üçün şəxsi maşınlarımızdan az istifadə edək. Eyni zamanda yük maşınlarının şəhərə daxil olmasına, minik maşınlarının bəzi küçə və prospektlərdə hərəkətinə məhdudiyyət də qoyula bilər. Yük maşınlarının şəhərə girişi 07.00 – 21.00 saatları arasında qadağandırsa bu məhdudiyyət çoxaldıla bilər.
Əhatə Dairəsi: Əsas günlərdə şəhərin hansı yollarına məhdudiyyətlər qoyulacaq? Hansı yollar hərəkətə bağlanacaq?
Oruc Zzalov: Ola bilər ki, ayrı-ayrı vaxtlarda müəyyən məhdudiyyətlər qoyulsun. Və hərəkət istiqamətləri başqa tərəfə yönləndirilsin.
DOSTLARINLA PAYLAŞ: