Avropaya uçmaq istəyənlərin nəzərinə
19 Aprel 2010 Bazar Ertəsi 11:15
Bakı-Paris və Bakı-London reyslərinin nə vaxt bərpa olunacağı məlum deyil.
İtaliyanın Milli Aviasiya Şurasının keçirdiyi toplantıda İslandiyada vulkan püskürməsi səbəbindən hava limanlarında yaranmış problemdən sonra, aeroportların fəaliyyətinin bərpa edilməsi məsələsi müzakirə mövzusu olub. AZAL Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi Məhərrəm Səfərlinin ANS-ə verdiyi məlumata görə, artıq bu gün səhər saat 8-də Bakı-Milan reysi ilə uçan təyyarə yola düşüb.

Xidmət rəisi onu da bildirib ki, Bakı-Paris və Bakı-London reyslərinin nə vaxt bərpa olunacağı hələ də məlum deyil.

Xatırladaq ki, Bakıdan Avropanın London, Paris, Milan və Frankfurt şəhərlərinə təyyarə reysləri İslandiyada vulkan püskürməsindən sonra Avropa hava limanlarının işinin çətinləşməsi ilə əlaqədar təxirə salınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar