Avropada müsəlman və yəhudilərin sünnət ittifaqı
13 İyul 2012 Cümə 06:29
Hər iki dini icmanın nümayəndələri müştərək bəyanatla Köln məhkəməsinin sünnət barədə qərarını tənqid edib.
Almaniyada uşaqların sünnət edilməsini “qəsdən adam yaralamaq” cinayəti çərçivəsində dəyərləndirən məhkəmə qərarı avropalı müsəlmanları və yəhudiləri bir fikir ətrafında birləşdirib. Hər iki dini icmanın nümayəndələri müştərək bəyanatla bu qərarı tənqid edib.
Avropa ravvin mərkəzi, Avropa yəhudi parlamenti və Avropa yəhudi mərkəzi ilə Avropa diyanəət işləri, Avropa türk-islam birliyi və Brüssel İslam mərkəzi öz bəyanatında bu qərarın din azadlığı və insan haqlarına zid olduğunu bildirib.
“Bu qərarın təməl din azadlığı və insan haqlarına zid olduğunu hesab edirik. Sünnət fərdi inanclarımızda vaz keçilməsi mümkün olmmayan ənənvi ritualdır və bu qərarı ən kəskin şəkildə pisləyirik. Müştərək ənənəmizi yaşatmaq hüququmuzu fəal şəkildə müdafiə etməyə davam edəcəyik. Almaniya parlamenti və bütün siyasi partiyaları təcili olaraq bu məhkəmə qərarının ləğv edilməsi üçün müdaxilə etməyə səsləyirik” – deyə bəyanatda bildirilib.
Bəyanatda həmçinin bu qərarın soyqırımından sonra yəhudi inancına istiqamətlənmiş ən böyük təzyiq olduğu vurğulanıb.
DOSTLARINLA PAYLAŞ: