Avropa Şurasının komissarı İrəvanda Qarabağdan danışıb
22 Yanvar 2011 Şənbə 02:25
Tomas Hammarberq Edvard Nalbandyanla görüşüb.
Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Tərəflər Ermənistan və Avropa Şurası arasında əməkdaşlığın genişləndirilməsinin və bu çərçivədə islahatların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Tomas Hammarberqin xahişi ilə Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafındakı vəziyyətlə bağlı məlumat verib.

Tərəflər regional problemlərə də toxunublar. Məlumatı Ermənistan XİN-in mətbuat xidməti yayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar