Avropa Parlamentinin saytında Dağlıq Qarabağın Azərbaycana aid olması barədə bəyanat yerləşdirilib
    15 İyun 2011 Çərşənbə 20:08
    Avropa İttifaqı Avropa Parlamentində keçiriləcək dinləmələr ərəfəsində Dağlıq Qarabağın Azərbaycana aid olduğunu növbəti dəfə təsdiq edib.
    
                	 
    
         APA-nın “AzərTAC”a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunub: “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir”.
Bəyanatda Avropa Parlamentinin sədri İrji Buzekin Bakıya səfəri zamanı dediyi sözlərdən də sitat gətirilib: “Görüşlər zamanı mən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü vurğuladım. Bildirdim ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə dair səyləri dəstəkləyir”. APA
DOSTLARINLA PAYLAŞ: