Avropa Parlamentində Qarabağla bağlı dinləmə keçiriləcək
15 İyun 2011 Çərşənbə 11:38
Dinləmələrdə Robert Bradtke və Bernar Fasye çıxış edəcək.
Avropa Parlamentinin beynəlxalq məsələlər üzrə komitəsi bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağdakı vəziyyət barədə dinləmələr həyata keçirərəcək. ANS PRESS-in “Mediamaks” agentliyinə istinadən verdiyi məlumata görə, dinləmələrdə Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke və fransalı həmsədri Bernar Fasye çıxış edəcək.

Dinləmələrdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi və Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçak Miroslav Layçak də çıxış edəcək.

Qeyd edək ki, sonuncu bu yaxınlarda ölkəmizə səfər edib və rəsmi şəxslərlə görüşlər keçirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar