Avropa Məhkəməsi Serj Sarkisyanın Xocalı soyqırımında iştirakını araşdırır
05 Dekabr 2009 Şənbə 03:20
Məhkəmə Ermənistan prezidentinin soyqırımında əlinin olmasını sübut edən dəlilləri istəyib
Avropa İnsan Haqları Məhkəməsi Ermənistan prezidenti Serj Sarkisyanın Xocalı soyqırımında əlinin olması ilə bağlı dəlilləri istəyib. ANS PRESS, “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, məhkəmə bu istəyini Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) iddiasına cavabında ifadə edib.
ASİMDER rəhbəri Göksel Gülbey jurnalistlərə müsahibəsində bildirib ki, Serj Sarkisyanın Xocalı faciəsində iştirakı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə etdiləri müraciətə cavab alıblar. Məhkəmədən göndərilən cavabda deyilir ki, müraciət icraata götürülüb və dəllilər 8 yanvar 2010-cu ilədək Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunmalıdır: “Müraciətimizə cavab verilməsi bizi sevindirib. Məhkəmə bizdən Serj Sarkisyanla bağlı dəlil istəyir. Biz əlimizdəkilərdən əlavə Azərbaycanın Qarsdakı baş konsulluğundan da dəllillər istəyəcəyik. Ən qısa müddəti ərzində dəlil və sənədlərlə birlikdə yenidən müraciət edəcəyik”.
Göksel Gülbey bildirib ki, Serj Sarkisyan Xocalı soyqırımına görə cavab verməlidir: “Avropa İnsan Haqları Məhkəməsinin ədalətli qərar verəcəyinə inanırıq. Çünki Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əsrini verib və soyqırımında birbaşa iştirak edib. Bu dövrdə 1 milyon 200 min Azərbaycan vətəndaşı yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Bü səbəbdən Serj Sarkisyan Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavab verməlidir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: