Avropa Komissiyasının rəhbəri BDU-nun fəxri doktoru olacaq
11 Yanvar 2011 Çərşənbə Axşamı 15:35
Joze Manuel Barrozunun Bakı Dövlət Universitetində çıxışı planlaşdırılıb.
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Avropanın enerji məsələləri üzrə komissarı Qünter Ottinqerin müşayiəti ilə yanvarın 13-14-də Azərbaycana səfər edəcək. Bu barədə Avropa İttifaqının Bakı nümayəndəliyindən bildirilib.

Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı respublikanın Avropaya inteqrasiyası, energetika sahəsində əməkdaşlıq, Qarabağ nizamlanması ilə bağlı məsələlər müzakirə ediləcək.

Bundan başqa, yanvarın 14-də Avropa Komissiyası rəhbərinin Bakı Dövlət Universitetində çıxışı planlaşdırılıb. J.Barrozu BDU-nun fəxri doktoru diplomu ilə təltif ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar