Avropa Komissiyasının prezidenti Bakıya gələcək
15 Oktyabr 2010 Cümə 18:50
Joze Manuel Barozzonun prezident İlham Əliyevlə görüşü planlaşdırılır.
Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo gələn ay Bakıya gələcək. Bu haqda məlumatı Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Roland Kobiya verib. O əlavə edib ki, təmsil etdiyi qurum Azərbaycanda etibarlı tərəfdaşlar tapmaqda maraqlıdır.

“Prezident Barozzo Azərbaycanda olmaq üçün Qafqaza gələcəyini təsdiqləyib. O, prezident İlham Əliyevlə görüşəcəyini bildirib. Hazırda Barozzonun səfərinin vaxtı dəqiqləşdirilir. Prezident Barozzo çox praqmatik adamdır, o nə isə konkret bir nəticə əldə etmək və müzakirə vasitəsilə Azərbaycana hansısa bir töhfə vermək istəyir. Bunun üçün də o, müttəfiqlər, tərəfdaşlar tapmaq üçün Azərbaycana gəlmək istəyir. Səfərin konkret vaxtını bilinməsə də, çox güman ki, bu, gələn ay baş tutacaq. Güman edirəm ki, xanım Eşton da bir ali komissar kimi bir gün Azərbaycana gələcək, çünki onlar hamısı Azərbaycana bir daha gəlmək istəklərini bildiriblər”,- deyə Roland Kobiya bildirib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar