Avropa İttifaqının rəhbəri Azərbaycana səfər edəcək
01 İyun 2012 Cümə 14:10
Bu barədə cümə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəsi Roland Kobia bildirib.
Avropa İttifaqının (Aİ) rəhbəri Herman Van Rompey iyulun 5-də Azərbaycana rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəsi Roland Kobia bildirib.

Onun sözlərinə görə, bu, Rompeyin Bakıya ilk səfəridir. Səfər zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, Azərbaycanla Aİ arasında ikitərəfli münasibətlərin bütün spektrini müzakirə edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar