Avropa İttifaqından növbəti Qarabağ etirafı
15 İyun 2011 Çərşənbə 22:57
"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir".
Avropa İttifaqı Dağlıq Qarabağın Azərbaycana aid olduğunu növbəti dəfə təsdiq edib. Avropa Parlamentinin rəsmi saytında yer almış bəyanatda qeyd edilir ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir.

Bəyanatda Avropa Parlamentinin sədri İrji Buzekin Bakıya səfəri zamanı dediyi sözlərdən də sitat gətirilib: “Görüşlər zamanı mən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü vurğuladım. Bildirdim ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə dair səyləri dəstəkləyir”.

http://www.europarl.europa.eu/en/headlines/content/20110610STO21204/html/Nagorno-Karabakh-an-unresolved-conflict-in-South-Caucasus ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar