Avropa İttifaqı Azərbaycanla viza rejimini sadələşdirəcək
30 Yanvar 2010 Şənbə 23:30
Avropa İttifaqı Azərbaycanla viza rejimini sadələşdirəcək. Gürcüstan ilə viza rejimi barədə danışıqlar artıq başa çatıb.
“Şərq tərəfdaşlığı” başqa təşəbbüs və proqramlarla müqayisədə kifayət qədər sürətlə inkişaf edir. Polşa mətbuatının yaydığı məlumata görə, bu fikri ölkənin xarici siyasət idarəsi başçısının səlahiyyətli nümayəndəsi Ancey Çeşkovski bildirib. Onun sözlərinə görə, bu gün Ukrayna Avropa İttifaqı ilə assosasiya haqqında saziş imzalamağa çox yaxındır. Bu, hətta cari ildə baş verə bilər. Moldova ilə oxşar danışıqlara başlanılıb, Qafqaz ölkələri ilə danışıqlar üzərində iş gedir.

A.Çeskovskinin sözlərinə görə, Belarus bu məsələdə çox fəaldır və hazırda viza rejiminin sadələşdirilməsi ilə bağlı bu ölkə ilə danışıqlar aparılır. Gürcüstan ilə viza rejiminin sadələşdirilməsi barədə danışıqlar artıq başa çatıb. Azərbaycan ilə də belə saziş hazırlamağa çalışırıq. “Şərq tərədaşlığı” fəaliyyətə başlamazdan əvvəl Aİ-də heç kəs Azərbaycan ilə assosiasiyalı sazişlər imzalamaq barədə düşünmürdü. İndi isə bunu gerçəkləşdirmək imkanı yaranıb. Bütün bunlar onu göstərir ki, “Şərq tərəfdaşlığı” Avropa İttifaqını şərqdəki qonşularla əməkdaşlıq məsələlərinə daha cəsarətlə yanaşmağa çağırır”,-deyə Ancey Çeşkovski bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar