Avropa Birliyinin sonu yaxınlaşır?
13 İyun 2010 Bazar 16:50
Joze Manuel Barrozo Avropada mövcud böhranla bağlı narahatlığını ifadə edib.
“Maliyyə böhranı Avropa İttifaqını çox çətin bir vəziyyətlə üzləşdirıb. Avropa İttifaqı ya bütün çətinliklərin öhdəsindən gəlib daha sıx birləşəcək, yaxud da birliyin dağılma prosesi başlayacaq”. Bu sözləri Avropa Komissiyasının sədri Joze Manuel Barrozo deyib.
Almaniya kansleri Angela Merkellə görüşdə Avropa Komissiyasının sədri Avropadakı mövcud böhranla bağlı öz narahatlığını bildirib. O, böhranın Avropanın birliyinə təsir etməməsi üçün rəqabət qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb.
Hazırda Avropa İttifaqının çətin dövr keçirdiyini etiraf edən Joze Manuel Barrozo onu da bildirib ki, tarix boyu baş verən böhranlar qitə ölkələrini daha sıx birləşdirib. Avropa Komissiyasının rəhbəri ölkələrin indiki vəziyyətdə də sıx birləşəcəyinə ümid bəslədiyini deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: